Azərbaycan İnnovasiya Mükafatı, “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədi ilə yaradılmış mükafatlandırma proqramıdır. AİM, Dövlət – Akademiya - Biznes - Cəmiyyət əsaslı Quad-Helix yanaşması ilə bütövlükdə ekosistemin hər bir oyunçusunu nəzərə alaraq, oyunçular tərəfindən həyata keçirilmiş uğurlu təşəbbüslərin kommersiya marağı olmadan, müstəqil münsiflər tərəfindən şəffaf, qərəzsiz üsulla qiymətləndirilməsindən ibarətdir.
AİM ictimai əsaslı mükafatdır və təşkilat komitəsi ölkədə texnologiya və innovasiyanın icrası strategiyasının öhdəliyini daşıyan Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi tərəfindən təyin olunur. Təşkilat komitəsinin öhdəliyi, AİM-in şəffaf, maraqlar toqquşması olmadan və cəmiyyətdə maksimal diversifə edilmiş juri iştirakçılarının seçilməsi ilə prosesin idarə edilməsidir.
AİM Azərbaycanda İnnovasiya ekosisteminin inkişafına hədəflənmiş illik mükafatlandırma təşəbbüsüdür. Bu mükafat “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədi ilə yaradılmışdır. AİM, Dövlət – Akademiya - Biznes - Cəmiyyət əsaslı Quad-Helix yanaşması ilə bütövlükdə ekosistemin hər bir oyunçusunu nəzərə alaraq oyunçular tərəfindən həyata keçirilmiş uğurlu təşəbbüslərin kommersiya marağı olmadan, müstəqil münsiflər tərəfindən şəffaf, qərəzsiz üsulla qiymətləndirilməsindən ibarətdir.
AİM üzrə fəaliyyətlərin idarə olunması təşkilat komitəsi tərəfindən həyata keçirilir. Təşkilat komitəsinin üzvlərini NRYTN İnnovasiya ekosistemindən seçdiyi şəxsləri təyin edir və onlara fəaliyyətlərin həyata keçirilməsini prosesində maddi və texniki dəstək olur. Təşkilat komitəsi Juri üzvlərini seçərkən diversifikasiya prinsipini tətbiq edərək innovasiya ekosisteminin müxtəlif oyunçularından ibarət juri üzvlərini təyin edir. Juri üzvlərinin hər biri bu manifestonun prinsiplərini təstiq edir və eyni dərəcədə bu sahədə məsuliyyət daşıyırlar.
davamini oxuTəşkilat komitəsi üzvləri və onların seçdiyi juri üzvləri aşağıdakı prinsiplər üzrə fəaliyyət göstərməyə söz verir.
Ədalət prinsipini öndə tutaraq bütün fəaliyyətləri həyata keçirmək.
Proseslərin həyata keçirilməsində davamlı kommunikasiya və şəffaflığın təyin olunması.
Cəmiyyətdən və jurnalistlərdən gələn sorğulara cavablandırmaq
Seçim prosesində maksimal dərəcədə ölçülə bilinən və təstiq olunan xüsusiyyətlərin , daha sonra isə peşəkar rəylər əsasında qiymətləndirilmə aparmaq.
Peşəkar rəyin tətbiqi zamanı subyektivliyə yol verməmək, şəxsi münasibətlər və ya təzadlı halların təsirinə yol verməmək.
Hər hansı maraq toqquşması olarsa bu mövzuda Maraq toqquşmalarının açıqlanması və idarə olunmasını rəhbər tutaraq davranmaq
İstənilən Azərbaycan vətəndaşının, hüquqi və fiziki şəxsinin meritokratik qaydalar çərçivəsində bərabərhüquqlu nominasiya edilmə və eyni zamanda seçilə bilinmə haqqının verilməsi.
Ən adil seçim üçün maksimal bacarıq, texniki və fiziki imkanlardan istifadə etmək.
Dəyərləndirmə zamanı ən yaxşı namizədlərə daha çox faktiki nəticələr əsasında üstünlük vermək.
Cinsinə, kökünə, əlaqələrinə, aid olduğu təşkilata və s. dən aslı olmayaraq hərkəsə eyni şansın verilməsi və heç kimin önə çəkilməməsi.
Tədbirin sponsorları ilə əlaqədar fiziki və ya hüquqi şəxslərə heç bir şəkildə prioritet verilməməsi.
AİM in sponsorları maraqların toqquşması hallarını istisna etmək üçün və maksimal şəffaflıq üçün nominasiya oluna bilməzlər.
Təşkilat komitəsi və juri üzvləri özləri hansısa nominasiyalarda iştirak edərlərsə həmin nominasiyalar üzrə muzakirədə iştirak etmək və səs vermək huququna sahib deyillər.
Təşkilat komitəsi üzvləri və ya jurilər nominantlar üzrə hər hansı bir əlaqəsinin olması(qohumluq, eyni təşkilatda əməkdaşlıq, sponsorluq, habelə istənilən formada biləvasitə və ya maraqlı tərəf olma) barəsində yazılı şəkildə məlumat verir və həmin nominasiya üzrə qərarvermə prosesində iştirakdan uzaqlaşır.
Təşkilat komitəsi və ya Jurilər heç bir şəkildə hədiyyələr, maddi və qeyri maddi imtiyazlar qəbul etmir. Əgər belə hallar baş verərsə bu haqda yazılı bir şəkildə məlumat verir, həmin daxilolmaları göndərənə geri göndərir.
Təşkilat komitəsi və ya Jurilər hər hansı bir şəkildə təziq, hədəqorxu və s. halları ilə qarşılaşarlarsa əlaqədar şəxslərə məlumat verirlər, hüquq mudafiə orqanlarına məlumat verilir, ehtiyac yaranarsa və istək olarsa həmin nominasiya üzrə iştirakdan vaz keçilir.
İstənilən şəxs hər hansı maraq toqquşması və ya əlaqə halı ehtimal edərsə bu haqda təşkilat komitəsinə məlumat verə bilər. Belə hallar araşdırılıb öz təstiqini taparsa maraq toqquşmasının aradan qaldırılması həyata keçiriləcəkdir.
Mükafatlar üzrə finalistlər və qaliblər seçildikdən sonra maraq toqquşma hallarının elan edilməsi və ya muraciətlər üzrə araşdırma prosesləri aparılmır. Yalnız proses bitmədən öncə maraq toqquşma hallarının idarə edilməsi həyata keçirlir.
Təşkilat komitəsi AİM -ın davamlı olması üçün partnyorluq əlaqələrin qurulması və texniki imkanların artırılması üçün çalışmalarını davam edir.
AİM-in fəaliyyətinin həyata keçirilməsi üzrə rast gəlinən çətinliklər və risklər üzrə valideyn təşkilat olan NRYTN ə məlumat verir, muraciət edir və ondan dəstək alır.
AİM və təşkilat komitəsinin inkişafı üzrə fəaliyyət strategiyası hazırlanır və həmin strategiya üzrə fəaliyyətlərin həyata keçirilməsi təşkil olunur.