“Bakı E-ticarət Forumu-2019” (21-22 oktyabr)

@Heydər Əliyev Mərkəzi

http://beforum.az/

21-22 oktyabr 2019-cu il tarixlərində Bakıda 2-ci “E-ticarət Forumu” (BEF-2019) keçiriləcəkdir. Forum “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilir.

Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edəcəklər. Forumda e-ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar təşkil olunacaqdır. İki gün davam edəcək tədbirdə e-ticarət sahəsində liderlər, tanınmış e-ticarət və onla ödəniş platformalarının mütəxəssisləri, ekspertlər bir araya gələcək və bu istiqamətdə son trendlər, yaxşı təcrübələr müzakirə olunacaqdır.

Qeyd etmək lazımdır ki, BEF ölkəmizdə artıq ikinci dəfə keçirilir. 2018-ci ildə keçirilən ilk E-ticarət Forumu böyük maraqla qarşılanmış və Forumda 300-dən çox yerli və xarici nümayəndə iştirak etmişdir.

https://www.bef2018.az/