“Sizin plan B: Biznesin Davamlılığı”

“Innoweek – Innovasiyalar Həftəsi” çərçivəsində "AzInTelecom" MMC-nin təşəbbüsü ilə “Sizin plan B: Biznesin Davamlılığı” adlı onlayn konfrans keçiriləcəkdir.

Konfransın əsas məqsədi Azərbaycanda dövlət və özəl qurumların fəaliyyətində potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası üçün biznesin davamlılığı prinsipləri ilə tanış olması və dayanaqlıq yanaşmasını təbliğ etməkdir.

“Sizin plan B: Biznesin Davamlılığı” onlayn konfransın spikerləri qismində beynəlxalq şirkətlərin rəhbərləri çıxış edəcəkdir. Dövlət və özəl qurumların rəhbərləri, biznesin davamlılığı üzrə menecerlər, risk menecerləri tədbirə qoşulmağa dəvət olunurlar.