"Creative Solution Go”

“InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində nazirlik və AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk "Creative Solution Go" – “Yaradıcı həllərə doğru” Olimpiadasının təşkil edilməsi nəzərdə tutulur.

“Pandemiya dövründə necə yaşamalı” mövzusunda keçiriləcək Olimpiadanın məqsədi pandemiya dövründə gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərinin inkişafına dəstək olmaq, gənclərdə kodlaşdırma və vizuallaşdırmaya olan marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdən ibarətdir.

Olimpiada 2 kateqoriya üzrə təşkil olunacaq: Oyun dizayn və təqdimatı və Animasiya dizayn və təqdimatlarını təqdimatı. 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan Olimpiadanın əsas şərtlərindən biri iştirakçıların oyunu “hər kəsə açıq” moduna gətirməsidir. İştirakçılar oyun və animasiya təqdimatlarını hazırlayaraq, 2 dəqiqəlik video halında AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təlimçi heyəti ilə paylaşacaq.

Qeyd edək ki, oyunlar Scratch, Unity kimi oyun və animasiya proqramlarında hazırlanacaq.

Qalib gələn iştirakçılar təşkilatçılar və tərəfdaşlar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla, Olimpiadada iştirak edə bilərsiniz:

İlkin mərhələ: https://forms.gle/TDyCVHpAiWxr3i3d6; • Növbəti mərhələ: https://forms.gle/RoYhiTXjANAEA55E7