“CyberTECH ”- Kibertəhlükəsizlik sənayesinin inkişafı (18 Dekabr)

“İnnoWeek - İnnovasiyalar Həftəsi” çərçivəsində 18 dekabr tarixində virtual olaraq “CyberTECH ”- Kibertəhlükəsizlik sənayesinin inkişafı adlı tədbir keçiriləcək.

Tədbirdə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli və beynəlxalq şirkətlərin məsul şəxsləri tərəfindən kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı, dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi, aparat və proqram səviyyəsində yeni nəsil kibertəhdidlər və kibertəhlükəsizlik həlləri, kibersığorta, lisenziyalaşma, kibertəhlükəsizliyin təmin edilməsində dövlət özəl tərəfdaşlığının əhəmiyyəti və s. mövzularda məruzə və təqdimatlar ediləcək.