“Kibertəhlükəsizlik vebinarı” (15 Dekabr)

15 dekabr tarixində virtual olaraq, “Cyber Security Envisioning Workshop” - “Kibertəhlükəsizlik vebinarı” keçiriləcək.

Tədbirdə “Microsoft” şirkətinin yerli və beynəlxalq ekspertləri tərəfindən şirkətin kibertəhlükəsizlik sahəsində nəaliyyətləri və həlləri nümayiş etdiriləcək, həmçinin yeni nəsil kibertəhdidlər və onlardan müdafiə yolları, kibertəhlükəsizliyin təmin edilməsində bulud həlləri, Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzlərinin qurulması və idarə edilməsi mövzularında məruzə və təqdimatlar ediləcək.

Bununla yanaşı, maraqlı tərəflərin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə virtual sual-cavab sessiyaları və müzakirələr təşkil ediləcək.

Tədbirin proqramı ilə tanış olmaq üçün bu linkə daxil olun.

Linkə daxil olmaqla, qeydiyyatdan keçib, vebinarda iştirak etmək olar.