“Qabaqcıl Data Elmi və Dərin Öyrənmə” (14 Dekabr)

Tədbirə keçid

14 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində Matrix Təlim Mərkəzi tərəfindən “Advanced Data Science & Deep Learning – Qabaqcıl Data Elmi və Dərin Öyrənmə” adlı tədbir təşkil olunacaq.

Tədbirin keçirilmə məqsədi texnologiyanın sürətlə inkişaf etdiyi dövrümüzdə “Data Science” sahəsinə olan marağı artırmaq və bu istiqamətdə yerli mütəxəssislərin yetişdirilməsinə təkan verməkdir. Vebinar çərçivəsində günümüzdə hər kəsin maraqlandığı, amma bir çox adamın detallı təsvir edə bilmədiyi “Data Science” sahəsinin dərinliklərindən, karyera imkanlarından bəhs olunacaq.

Tədbir vebinar formatında 14 dekabr saat 20:00-da keçiriləcək. Tədbirin müddəti 1 saatı əhatə edir. Data sahəsi ilə maraqlanan hər bir şəxs vebinara qoşularaq müvafiq sektorda biliklərini təkmilləşdirə bilər.

Linkə daxil olmaqla, qeydiyyatdan keçib, vebinarda iştirak etmək olar.