“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq”

“InnoWeek- İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş video-konfransın təşkil edilməsi nəzərdə tutulur.

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət - özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır.

Tədbirdə platformanın təsis edilməsi, qurum və təşkilatlar arasında əməkdaşlığın müzakirəsi nəzərdə tutulmuşdur. Eyni zamanda, tədbirin ikinci hissəsində Avropa Birliyində rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq platformalarının (koalisiyalar) yaradılması və bu təcrübənin ölkəmizdə tətbiqinə dair Avropa İttifaqının ekspertlərinin iştirakı ilə video-konfrans formatında seminar keçiriləcəkdir.

Rəqəmli bacarıqlar sahəsində fəaliyyət göstərən və bu sahəyə marağı olan dövlət qurumları, özəl şirkətlər, təhsil və tədris mərkəzləri, qeyri hökumət təşkilatları və digər maraqlı tərəflərin tədbirdə iştirakı gözlənir. Tədbirdə iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=Fem_qQP0XUKA5gHBRX4QWBdU7JbCKIZEq3XQSht34rtUOTNCM0hBVllER1E1WVNQTDBMVVU2UjJKNy4u