"I2B – İdeyadan Biznesə - finalı" startap (18 oktyabr)

@Heydər Əliyev Mərkəzi

http://www.i2b.az/

18 oktyabr tarixində "İ2B - İdeyadan Biznesə" layihəsinin 2019-cu il üzrə Bakı və region qaliblərinin final yarış mərhələsi olaraq keçirilən tədbir nəticəsində 2019-cu il üzrə qaliblər müəyyən olunacaq.

Finalçılar Bakı və regionlarda keçirilən startap marafonunda finala vəsiqə qazanmışdı. Ötən müddət ərzində onlar öz layihələrini mütəxəssislərlə birgə daha da təkmilləşdiriblər.

18 oktyabr tarixində keçiriləcək Final mərhələsində layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediləcək və juri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi kriteriləri üzrə qiymətləndiriləcək. Təşkilatçılar və tərəfdaşlar tərəfindən qalib gələcək ilk üç yerin sahiblərinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.