“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu

“InnoWeek – İnnovasiyalar Həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAİNTECH FORUM”) keçiriləcək.

Forumun keçirilməsində əsas məqsəd Azərbaycan istehsalı olan innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır. Forumda yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadəsinin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq.

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələrin onlayn şəkildə iştirakı nəzərdə tutulur.