“Maşın öyrənməsi proyektlərinə ümumi ortaq yanaşma” (19 Dekabr)

Tədbirə keçid

19 dekabr “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Girls Code Azerbaijan” platforması tərəfindən “The full lifecycle of Machine Learning projects - Maşın öyrənməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı tədbir təşkil olunacaq.

Təlimdə ML proyektlərinə ümumilikdə necə yanaşılmalı, modelin öyrənməsi üçün lazım olan datanın hazırlanması, modelin öyrədilməsi ve test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin versiyalanmasının əhəmiyyəti izah olunacaq.

19 dekabr saat 20:00-da vebinar formatında keçiriləcək təlim 1 saat davam edəcək Maşın öyrənməsi sahəsi ilə maraqlanan hər bir şəxs vebinara qoşularaq, müvafiq sektorda biliklərini təkmilləşdirə bilər.

Linkə daxil olmaqla, qeydiyyatdan keçib, vebinarda iştirak etmək olar.