“İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa” (22 oktyabr)

Cari ilin 22 oktyabr tarixində “InnoWeek - İnnovasiya Həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçiriləcəkdir.

Dəyirmi masada “İnnovasiya ekosistemi” iştirakçıları - nazirliklər, hökumət və qeyri-hökumət qurumları, agentliklər, inkubasiya-akselerasiya mərkəzləri və digər əlaqəli təşkilatların rəhbərləri iştirak edəcəklər.

Dəyirmi masanın keçirilməsində məqsəd müvafiq dövlət və özəl qurumların rəhbərlərini bir araya gətirərək, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının idarəetmə, siyasət strukturu və siyasət prosesləri üzrə sorğu anketi ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.