“RoboDay” festivalı (19 oktyabr)

@Heydər Əliyev Mərkəzi

19 oktyabr tarixində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Roboday” sərgisi keçiriləcəkdir. Dronlarla, robotlarla iş imkanı yaradan təlimlərin keçiriləcəyi, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər fəaliyyət göstərəcək.

Gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədi ilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumatlar təqdim ediləcəkdir. Eyni zamanda, robot şouları da nümayiş etdiriləcəkdir.